Azerbaijani
PULSUZ MÜQƏDDƏS KİTAB ŞƏRHİ
 
Bütün şərhlər PDF formatındadır; pulsuz Adobe Reader © proqramı ilə oxuya bilərsiniz.
Flag
 
Old Testament

New Testament Yəhyanın Müjdəsi, Yəhyanın 1-ci, 2-ci və 3-cü Məktubları
(Gospel of John, 1, 2, & 3 John)

Müqəddəs Kitabı öyrənmək istəyənlər üçün yaradılan bu pulsuz vebsayt, Müqəddəs Kitabın Allahdan ilham almış unikal bir mətn olaraq qəbul edilməsinə əsaslanır. Bu Kitab iman (xilas) və əməl (məsihçi həyatı) üçün müraciət olunan yeganə mənbədir. Müqəddəs Kitabı şərh etmək üçün orijinal müəllifin məqsədini tapmaq həlledicidir. Bunun üçün (1) seçilən janr, (2) ədəbi kontekst, (3) seçilən qrammatik formalar, (4) seçilən sözlər, (5) müəllifin və yazdığı mətnin tarixi konteksti və (6) paralel yerlər nəzərə alınmalıdır (Allahdan ilham almış kitabın ən yaxşı şərhçisi Allahdan ilham almış kitabın özüdür. Müqəddəs Kitab bir həqiqət kitabxanasıdır).
 
Qermenevtika (Müqəddəs Kitab şərhi) üzrə akademik təhsil almış müəllif (rezyumesini ve iman bəyanatını buradan oxuya bilərsiniz: www.freebiblecommentary.org ) bu məqsədlər üçün çalışır:
 
  1. Sizi Müqəddəs Kitabı fərdi olaraq oxumağa həvəsləndirsin (özünüzə, Müqəddəs Kitaba və Müqəddəs Ruha üstünlük verilir)
  2. Anlayışınızı qiymətləndirməkdə və digər şərh variantlarını təklif etməkdə sizə kömək etsin
  3. Orijinal müəllifin məqsədi (yəni tək məna) aşkarlandıqdan sonra mədəni şəraitinizə və həyatınıza tətbiq edilməlidir! Tətbiq yolları çox ola bilər, amma müəllifin məqsədi təkdir
  4. Qermenevtik prinsiplər mətnin mənasını dəqiq aşkara çıxarmaya bilər, lakin mətnin nə mənaya gələ bilməyəcəyini müəyyən etməyinizə kömək edə bilər!
  5. Qermenevtika sizi Müqəddəs Yazını öyrənərkən nəzərə alacağınız şeylərin siyahısı ilə təmin edəcəkdir. Şərhin hər cəhəti önəmlidir, lakin müasir Müqəddəs Kitab şərhçiləri çox vaxt yalnız "Bu mətn mənim üçün nə mənaya gəlir?" sualını verməklə kifayətlənirlər, halbuki "Orijinal müəllif (Allahdan ilham almış yeganə şəxs) öz dövrünə nə deyirdi?" və "Bu həqiqət mənim dövrümə necə aiddir?" suallarını vermək daha yaxşı olar.
 
Ümid edirəm ki, Müqəddəs Kitab Şərhi haqqındakı bu seminarım sizin üçün xeyr-dua olar və ayələrin tək-tək şərhi sizi Allaha daha da yaxınlaşdırar.

Dr. Bob Atli
Qermenevtika üzrə professor (istefada)
www.freebiblecommentary.org
www.biblelessonsintl.com
 
Copyright © 2017 Bible Lessons International, P.O. Box 1289, Marshall, TX 75671, USA